İyul 15, 2018 21:35 Asia/Baku
  • Türkiyədə ordu və nazirliklərdə ciddi dəyişikliklər aparılıb
    Türkiyədə ordu və nazirliklərdə ciddi dəyişikliklər aparılıb

Türkiyə prezidenti yeni fərman imzalayaraq, nazirliklər və ordu sistemində ciddi dəyişikliklər edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın qərarına əsasın Silahlı Qüvvələrin Komandanlıq Qərargahı Müdafiə Nazirliyinə birləşdirilib. 

Bu qərara əasən həmçinin, prezidentin müavinləri, xəzinədarlıq və maliyyə naziri habelə, milli təhsil naziri də bundan sonra Türkiyənin Ali Hərbi Şurasının üzvü olacaqlar. 

Türkiyənin İnkişaf və Əməkdaşlıq Agentliyi və Xaricdə yaşayan türklər cəmiyyəti də Mədəniyyət və Turizm Nazirliyinə birləşdirilib. Həmçinin, Baş Vəqflər İdarəsi də Mədəniyyət və Turizm Nazirliyinə birləşdirilib. Böhranların İdarə olunması Təşkilatı isə müstəqil bir təşkilata çevrilib. Bundan öncə bu təşkilat Daxili İşlər Nazirliyinin nəzarəti altında idi.