İyul 19, 2018 08:16 Asia/Baku
  • Türkiyədə fövqəladə vəziyyət sona çatdı

TÜrkiyədə fövqəladə vəziyyət 2 ildən sonra sona çatıb.

Fövqəladə vəziyyət Türkiyədə 2016-cı il iyul ayında uğursuz dövlət çevrilişindən beş gün sonra başlandı və yeddi dəfə müddəti uzadıldı. Bu vəziyyət cümə axşamı gnüü sona çatıb və başqa bir plan onun alternativi olacaq. 

Uğursuz dövlət çevrilişi nəticəsində Türkiyənin dövlət idarələrində böyük ixtisarlar başlandı. 50 mindən çox şəxs saxlanıldı, azı 150 min nəfər çevrilişçilərlə əlaqədə olmaq ittihamı ilə işdən kənarlaşdırıldı. 

Türkiyənin Anadolu İnformasiya Agentliyinin məlumatına görə, hökumət üç il müddətinə terrora qarşı layihəni təsdiqləməklə günəş batdıqdan sonra ictimai toplantılara sadəcə xüsusi şəraitdə icazə vermək niyyətindədir. 

Türkiyə hökumətinin terrora qarşı planında bildirilir: Təhlükəsizlik məmurları vətəndaşları 1 sutka müddətinə hər hansı bir səbəb olmadan saxlaya bilərlər. Əlbəttə saxlanma müddəti xüsusi şəraitdə dörd günədək uzadıla bilər.