İyul 19, 2018 09:23 Asia/Baku
  • Türkiyədə amerikalı keşişin həbsinin davam etməsinə qərar verilib

Türkiyə məhkəməsi amerikalı keşiş Andryu Brunsonun həbsinin davam etməsinə qərar verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə məhkəməsi çərşənbə günü amerikalı keşişin işi ilə əlaqədar üçüncü iclasda bildirib: O Türkiyənin qərbində bir şəhərdə casusluq və terror qruplarına kömək etmək səbəbi ilə həbsdədir. 

Andryu Brunson təxminən iki il öncə həbs olunub. 

Qeyd edək ki, Türkiyə rəsmiləri dolayısı ilə amerikalı keşişin Pensilvaniyada yaşayan Fətulla Gülənlə mübadilə məsələsini irəli sürüblər. 

Türkiyə hökuməti Fətulla Güləni 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişini törətməkdə suçlayır. 

Teqlər