İyul 21, 2018 07:07 Asia/Baku
  • Türkiyə İrandan neft idxalını davam etdirəcək
    Türkiyə İrandan neft idxalını davam etdirəcək

Türkiyənin "Tüpraş" neft şirkətinə yaxın mənbələr bildiriblər ki, bu şirkət ABŞ-ın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasından və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının tətbiqindən sonra da İrandan neft idxalını davam etdirəcək.

Türkiyənin "Tüpraş" neft şirkətinə yaxın bir mənbə dünən Röyters-ə deyib ki, bu şirkət İrandan neft satın almağı hətta Vaşinqtonun Tehrana qarşı sanksiyalarının tətbiqindən sonra belə, kəsmək niyyətində deyildir.

"Tüpraş" neft şirkəti cari milad ilinin ilk dörd ayında İrandan orta hesabla gündəlik 187 min 196 barel neft satın alıbdır.

ABŞ-ın İrana qarşı sanksiyalarının tənqidçilərindən olan Türkiyə dövləti bildirib ki, Ankara Tehranla ticarət əlaqələrini digər ölkələrin nəzərləri ilə kəsməyəcəkdir.

Amerika dövləti mayın səkkizində nüvə anlaşmasından çıxdı və ondan sonra elan etdi ki, 2018-ci il noyabrın dördünədək İranın neft ixracatını sıfıra endirəcəkdir.

Bu istiqamətdə Vaşintqon dünya ölkələrindən istəyibdir ki, Tehrana qarşı iqtisadi sanksiyaların bir hissəsi kimi İrandan neft idxalını sıfıra endirsinlər.

Bir çox dünya ölkəsi bildiribdir ki, Amerikanın istəyini yerinə yetirməyəcəkdir.

Teqlər