İyul 22, 2018 09:13 Asia/Baku
  • Ankara sionist rejim parlamentinin qərarına reaksiya verib

Türkiyə Prezident Aparatının sözçüsü deyib: Sionist rejim ABŞ-ın dəstəyi ilə Fələstin ərazisinin işğalını qanuniləşdirməyə və dünya müsəlmanlarını problemlə üzləşdirməyə çalışır.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, İbrahim Kalın şənbə günü bir məqalədə sionist rejim parlamentində "Yəhudi Ölkəsi" qanunun təsdiqlənməsi haqda bildirib: Sionist rejim baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın dəstəyi ilə utanmadan Fələstin ərazisinin işğalını qanuniləşdirməyə və islam dünyasını problemlə üzləşdirməyə çalışır. 

O bu məqalədə yazıb: Sionist rejim parlamentində "Yəhudi ölkəsi" qanunun təsdiqlənməsi rasist hərəkət və Aparteid sisteminə rəsmi dəstək kimi qiymətləndirilməli və beynəlxalq dairələr onu rədd etməlidirlər. 

Sionist rejim Knesseti cümə axşamı gecə qalmaqallı qanunu təsdiqləyib. Bu qanuna əsasən saxta İsrail dövləti rəsmən yəhudi ölkəsi kimi tanınır. Bu qanunda sionist rejimi açıq-aşkar şəkildə yəhudi ölkəsi adlandırılır və onda yəhduilərdən başqasına yer yoxdur. 

Teqlər