Avq 15, 2018 08:54 Asia/Baku
  • Türkiyə ABŞ-a sanksiya tətbiq edib
    Türkiyə ABŞ-a sanksiya tətbiq edib

Türkiyənin TRT televiziyası bu ölkənin Amerikaya qarşı sanksiyalarının icrasına start verildiyini bildirib.

Türkiyə prezidentinin Amerikadan idxal olunan malların tarifinin yüz faiz artırılmasına dair fərmanının icrası, bu fərmanın dövlət qəzetində rəsmən dərc olunması ilə başlanıbdır. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ABŞ prezidentinin Türkiyədən idxal edilən polad və Alüminuma tariflərin iki qat artırılması qərarına cavab olaraq Amerikadan idxal olunan bəzi malların tariflərinin artırılması barədə göstəriş vermişdir. 

Türkiyənin vitse prezidenti deyib: Türkiyə Amerikadan idxal edilən bəzi malların tariflərini artırıb. Fuad Oktay deyib: Bu təşəbbüs Amerikanın Türkiyə iqtisadiyyatına qarşı qəsdən həyata keçirdiyi hücumlara qarşılıqlı cavab olaraq həyata keçir.