Avq 15, 2018 12:54 Asia/Baku
  • Türkiyədə qeyri-qanuni miqrantlar həbs edilib
    Türkiyədə qeyri-qanuni miqrantlar həbs edilib

Türkiyə polisi min 150-dən çox qeyri-qanuni miqrantın ölkənin müxtəlif bölgələrində saxlanılmasından xəbər verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi bu gün bildirib ki, bu ölkənin sahil qvardiyası və təhlükəsizlik qüvvələri son bir həftə ərzində min 152 miqrantı Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə keçərkən Egey dənizi və Türkiyənin bir neçə şəhərində həbs edib. 

Saxlanılan qeyri-qanuni miqrantlar Fələstin, Pakistan, İraq, Suriya, Misir, Somali, Liviya, Əfqanıstan və Əl-Cəzayir vətəndaşlarından ibarət olublar. 

Türkiyənin Aralıq dənizindəki sahilləri , xüsusiylə Türkiyə ilə Yunanıstan arasında Egey dənizi sahilləri  qeyri-qanuni miqrantların Yunanıstan və oradan da Avropa ölkələrinə qeyri-qanuni daşınması marşrutlarından biridir. 

Türkiyə ilə Avropa Birliyi arasında 20-16-cı ildə imzalanmış razılaşmaya görə, Türkiyə miqrantların Avropaya doğru hərəkətinə mane olmalıdır. 

Teqlər