Avq 16, 2018 20:42 Asia/Baku
  • Fransa ABŞ-ın Türkiyə əleyhinə sanksiyalarını tənqid edib

Fransa hökuməti ABŞ prezidentinin Türkiyə iqtisadiyyatına sanksiya tətbiq etməsi strategiyasını tənqid edib.

Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi və informasiya xidmətinin məsul şəxsi Mark Fino Anadolu İnformasiya Agentliyi ilə müsahibədə deyib: Bir şəxs birtərəfli mövqe sərgiləyə və NATO-nun önəmli və əsaslı müttəfiqinə sanksiya və təzyiq tətbiq edə bilməz. 

Fino Türkiyə, Rusiya, Çin və Avropadakı əsas qüdrətlərin ABŞ hökumətinin siyasətləri əleyhinə birliyinin vacibliyini qeyd edib və deyib: ABŞ prezidenti Donald Trampın siyasətləri əməkdaşlıq və həmrəylik yolu ilə problemlərə həll yolu tapmaq üçün koordinativ səylər deyil, birtərəfli güc tətbiq etməyə əsaslanır. 

Fransa rəsmisi ABŞ hökumətinin ticarətdə rəqabət qaydaları ilə uyğunlaşmasının vacibliyini qeyd edib və bildirib: Trampın seçdiyi yol tamamilə yanlışdır. 

Teqlər