Avq 17, 2018 19:59 Asia/Baku
  • CHP rəsmisi Ərdoğanı qınayıb
    CHP rəsmisi Ərdoğanı qınayıb

Türkiyənin Cümhuriyyət Xalq partiyasının prezident seçkilərinə namizədi bildirib ki, Rəcəb Təyyib Ərdoğanın siyasətləri ölkəni iflasa uğratmaqdadır.

Təsnimin verdiyi məlumata görə, Məhərrəm İncə bu gün öz tvitter səhifəsində Vaşinqton ilə Ankara arasındakı son çaxnaşmalara toxunaraq yazıb: Ərdoğan hökuməti təmtəraqlı saraylar inşa etmək üçün Amerika kimi imperialist dövlətlərdən kredit aldığına, israflara yol verdiyinə, idarəçilikdə səhvlər buraxdığına görə, Türkiyədəki hazırkı iqtisadi böhranda məsuliyyət daşıyır. 

İncə Türkiyə xalqının hökumət adamlarının anti-imperialist jestlərinə inanmadığını bildirərək deyib: Türkiyə rəhbərləri imperialist dövlətlərin kənarında durduqlarına görə tövbə etməli və Türkiyə xalqından üzr istəməlidirlər. 

Türkiyənin Cümhuriyyətçi Xalq Partiyasının ötən prezident seçkilərindəki namizədi Ərdoğana xitabən deyib: Sizin imperializmə xidmətləriniz o qədər gözə çarpacaqdır ki, yəhudların fəxri medalı ilə təltif olmusunuz. 

Teqlər