Avq 17, 2018 21:29 Asia/Baku
  • Türkiyə ABŞ-ın tələbini təkrar rədd etdi
    Türkiyə ABŞ-ın tələbini təkrar rədd etdi

Türkiyənin Ali Məhkəməsi 3-cü dəfə olaraq amerikalı rahib Andru Brunsonun ev dustaqlığından azad edilməsinə dair vəsatətini təmin etməyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın Brunsonun həbsi bəhanəsi ilə Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlığına rəğmən Türkiyənin Ali Məhkəməsi bu gün Brunsonun azadlıq barədə vəsatətini bir daha rədd edərək bildirib ki, amerikalı rahib cəza müddətini Türkiyədə bitirməlidir. 

A.Branson Türkiyədə casusluq fəaliyyətində və uğursuz dövlət çevrilişində iştirak etmək ittihamı ilə ev dustağı edilib o bu gün üçüncü dəfə olaraq vəsadət qaldırıb və ona qarşı verilən hökmə yenidən baxılmasını istəyib. 

ABŞ-ın xəzinədarlıq naziri Stiven Menoçin dünən bildirib ki, Branson azad edilməzsə Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq ediləcək. 

ABŞ Bransona qarşı ittihamların doğru olmadığını iddia edərək Türkiyənin Ədliyyə Nazirliyinə sanksiya tətbiq etdi. Sonra Türkiyə mallarına gömrük tariflərini artırdı və beləliklə Türkiyəyə qarşı iqtisadi müharibə elan etdi. 

Amerikanın təxribatçı hərəkətləri nəticəsində Türkiyə lirəsi öz dəyərini 35 faiz itirdi. 

Türkiyə xalqına görə bu ölkədə yaranmış valyuta problemi əslində Amerikanın Türkiyəni zəiflətmək cəhdlərinin nəticəsidir. 

 

 

 

 

 

Teqlər