Avq 18, 2018 18:55 Asia/Baku
  • Ərdoğan Türkiyənin ABŞ-ın hədələrinə təslim olmayacağını vurğulayıb
    Ərdoğan Türkiyənin ABŞ-ın hədələrinə təslim olmayacağını vurğulayıb

Türkiyə prezidenti bir daha vurğulayıb ki, Ankara ABŞ-ın hədələri və sanksiyalarına təslim olmayacaq.

Rəcəb Tayyıb Ərdoğan bu gün ABŞ-ın Ankaraya qarşı hədələri və sanksiyalarına reaksiyada deyib: Özünü strateji bir şərik kimi göstərən, amma Türkiyəni strateji hədəfə çevirən Amerika kimi bir ölkə qarşısında təslim olmayacağıq.

ABŞ prezidenti Donald Tramp son zamanlar Türkiyədən polad və alüminium idxalatına rüsumu ikiqat artırdı.

Amerika həmçinin Ankaranın Türkiyədə ev dustağı olan amerikalı keşiş Andro Bransonu azad etməkdən imtina etməsindən sonra avqustun birində Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq etdi.

Teqlər