Avq 20, 2018 14:25 Asia/Baku
  • Ərdoğan: İqtisadi həmlə hakimiyyət və islamçılığımız əleyhinədir
    Ərdoğan: İqtisadi həmlə hakimiyyət və islamçılığımız əleyhinədir

Türkiyə prezidenti ABŞ-ın tətbiq etdiyi təzyiq və məhdudlaşdırıcı hərəkətləri ölkəsinin hakimiyyəti və islamçılığı əleyhinə hərəkət adlandırıb.

Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Qurban bayramı münasibəti ilə təbrik müraciətində deyib: Türkiyə iqtisadiyyatına son həmlənin Türkiyənin iki önəmli simvolu olan bayraq və azana həmlədən fərqi yoxdur və bu hücumlarda məqsəd eynidir.

Türkiyənin son illərdə bir çox hücumlar, o cümlədən iqtisadi təzyiq və çevrilişlə üzləşdiyinə diqqət çəkən Ərdoğan deyib: Türkiyə xalqı bütün məkrli planlar qarşısında birlikdə dayanıb və bu gün də bu yolu davam etdirir.

Türkiyə prezidenti azan və bayrağı ölkəsinin azadlıq simvollarından adlandırıb və deyib: Bütün hücumlar qarşısında ciddiyik və keçmişdə olduğu kimi güclü və mətanətli şəkildə cavab verəcəyik.

Onların iqtisadi hücum və təzyiqinin məqsədini Türkiyə xalqı və dövlətini təslim və əsir etmək adlandıran Ərdoğan əlavə edib: Biz canımızın bahasına bu təzyiqlərə təslim olmayacağıq.

Ərdoğan deyib: Onlar minlərlə hiylə, məkr və terror qrupları, yerli təşkilatları dəstəkləməklə Türkiyəni özlərinə tərəf çəkə bilmədilər və valyuta böhranı ilə bizi məğlub etmək istəyirlər. Amma yenə də səhv edirlər və gələcəkdə bu səhvi anlayacaqlar.

Türkiyə prezidenti əlavə edib: Türkiyənin gücü, potensialı və mətanətliliyi birlik və qardaşlıqla bütün bu hərəkətlərlə mübarizə aparmağa sahibdir.