Avq 31, 2018 10:33 Asia/Baku
  • Yıldırım: S-400-ün satın alınması Türkiyənin NATO-dakı müttəfiqləri üçün bir təhdid deyil
    Yıldırım: S-400-ün satın alınması Türkiyənin NATO-dakı müttəfiqləri üçün bir təhdid deyil

Türkiyə məclisinin sədri deyib: Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması Türkiyə tərəfindən NATO-ya üzv ölkələrə və onun müttəfiqlərinə qarşı bir təhdid deyildir.

Binalı Yıldırım dünən ABŞ-ın Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemini satın almaq üzrə hərəkəti qarşısındakı məntiqsiz mövqeyini tənqid edib. Vurğulayıb ki, Türkiyə xətərlə dolu bir regionda öz milli təhlükəsizliyi və sərhədlərini qorumaq üçün müdafiə sistemlərinə böyük ehtiyac duyur.

Yıldırım əlavə edib: Türkiyə NATO-nun üzvü kimi öz müdafiə sistemlərini bu təşkilatdakı müttəfiqlərindən satın almaq istərdi, amma müttəfiqlər həmin sistemləri Türkiyəyə satmaqdan boyun qaçırdılar.

Türkiyə məclisinin sədri həmçinin NATO ölkələrinin Yunanıstana raket sistemi satmalarına toxunaraq, bildirib ki, NATO üzvlərinin Türkiyəyə qarşı bu ikili rəftarı qəbuledilməzdir.

Türkiyə raket müdafiə sistemlərinə olan ehtiyacının NATO-dakı müttəfiqləri, xüsusən ABŞ tərəfindən təmin olunmasından ümidini kəsərək, ötən milad ilinin sonlarında Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması barədə müqavilə imzaladı. Bu müqaviləyə əsasən, birinci S-400 raket müdafiə sistemi 2019-cu ilin sonlarında Türkiyəyə təhvil veriləcəkdir. 

Teqlər