Sen 08, 2018 09:28 Asia/Baku
  • Türkiyədə partiya liderinə həbs verildi

Türkiyədə Xalqların Demokratik Partiyasının sədrinə 4 il həbs cəzası verilib.

İRİB-in verdiyi məlumata görə, HDP lideri Səlahəddin Dəmirtaş dünən terrorçu qruplara dəstək verdiyinə görə 4 il 8 ay müddətində azadlıqdan məhrum edilib. 

Dəmirtaş 2016-cı il  noyabr ayından terrorçu fəaliyyət ittihamı ilə həbsdə idi və bir çox işlərlə əlaqədar axtarışda idi. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan HDP-nin PKK-ya dəstək verdiyini dəfələrlə bildirmişdir. 

2016-cı il 15 iyun uğursuz dövlət çevrilişindən sonra HDP-nin bir çox üzvü axtarışa verildi.