Sen 08, 2018 19:56 Asia/Baku
  • TBMM-nin sədri ABŞ-ın sanksiyaları qarşısında müqavimətə təkid etdi

Türkiyə Böyük Millət Məclisinin sədri bir daha Ankaranın ABŞ-ın sanksiyalarına təslim olmayacağını deyib.

Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalının verdiyi məlumata əsasən Binəli Yıldırım deyib: ABŞ Türkiyəni öz istəklərinə təslim edə biləcəyini düşünür. Amma, səhv edir. 

Türkiyə parlamentinin sədri əlavə edib: Dünya ABŞ-ın ölkələrə qarşı düşmən rəftarlarını qınayır. 

ABŞ hökuməti 2018-cii lin avqustunda amerikalı keşiş Endro Bransonun casusluqda ittiham edilməsini bəhanə edərək, Türkiyə əleyhinə sanksiyalar tətbiq edib. 

Teqlər