Sen 10, 2018 14:34 Asia/Baku
  • Yunanıstan ordusu Türkiyənin iki hərbçisini həbs edib

Türkiyənin iki hərbçisi Yunanıstan ordusu tərəfindən həbs olunub.

Asoşeyted Press-in verdiyi məlumata görə, Yunanıstan ordusu bazar günü gecə bir bəyanat yayaraq, qanunsuz olaraq Ynanıstan ərazisinə daxil olduqları iddia edilən iki Türkiyə hərbçisinin saxlanılmasından xəbər verib.

Yunınıstan ordusu türkiyəli hərbçilərin saxlanılması zamanı tərəflər arasında atışmanın baş verməsinə dair xəbərləri təkzib edib.

Ötən mart ayında da iki yunan hərbçi Türkiyə tərəfindən həbs olunmuşdu. Yunanıstan rəsmiləri o zaman baş vermiş hadisəni əsaslandırmaq üçün bu iki hərbçinin patrul xidməti zamanı yolu azaraq səhvən Türkiyə ərazisinə daxil olduqlarını iddia etmişdi.

Afina və Ankara əlaqələri 15 iyul 2015-ci ildə Türkiyədə dövlət çevrilişinə uğursuz cəhdin ardınca gərginləşib. Dövlət çevrilişinə cəhdin ardınca dövlət çevrilişində iştirka edən Türkiyə hərbçilərindən səkkizi helikopter ilə Yunanıstana qaçaraq, sığınacaq istəmişdi.

Türkiyə hökuməti dərhal bu hərbçilərin qaytarılmasını istəsə də, Yunanıstan  hökuməti bu istəyə qarşı çıxıb.

Teqlər