Sen 11, 2018 09:22 Asia/Baku
  • Türkiyə İdlibdə hərbi əməliyyatlara qarşı çıxdı
    Türkiyə İdlibdə hərbi əməliyyatlara qarşı çıxdı

Suriya ordusunun İdlib vilayətində silahlı qruplaşmalar və terrorçuları məhv etməyə hazırlaşması ilə bir vaxtda, Türkiyə buna qarşı olduğunu bildirib.

Röyters-in məlumatına görə, Türkiyənin müdafiə naziri Hülusi Akar bazar ertəsi günü deyib: Suriya ordusunun İdlibə olan hücumları dayandırılmalıdır. 

Hülusi Akar İdlibə qarşı hərbi əməliyyatların insan tələfatının artmasına səbəb olacağını deyib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bazar ertəsi günü axşam Suriya ordusunun İdlibə hücum ehtimalından nigaranlıq edib. 

İdlib Suriyanın şimalında, Türkiyə ilə sərhəd məntəqədə yerləşir. 3 milyon əhalisi olan İdlib vilayəti hazırda terrorçular və silahlı müxaliflərin nəzarəti altındadır. Rəsmi Dəməşq terrorçuların Suriyadakı son sığınacağı olan İdlib vilayətinə nəzarəti təmin etmək istəyir. 

Teqlər