Sen 16, 2018 18:16 Asia/Baku
  • Kılıçdaroğlu Suriya siyasətini qınayıb
    Kılıçdaroğlu Suriya siyasətini qınayıb

Türkiyənin Cümhuriyyətçi Xalq Partiyasının rəhbəri deyib: Heç şübhəsizki Suriyanın parçalanmasından ən çox ziyanı Türkiyə görəcək.

İRNA-nın bu günkü məlumatına görə, Kamal Kılıçdaroğlu deyib: Rəsmi Ankaranın hazırkı siyasəti Suriyanın ərazi bütövlüyünün mühafizəsinə heç bir kömək etmir və ona görə də dəyişməlidir. 

Kılıçdaroğlu bir daha rəsmi Ankaranın Suriya barədə xarici siyasətini qınayaraq deyib: Hökumət xarici siyasətinə yenidən baxmalıdır və hazırkı səhv prossesin davam etməsi ölkənin bərbad iqtisadiyyatında islahatlar qarşısında böyük maneədir və ölkənin milli təhlükəsizliyinə ödənilməz ziyanlar vurur. 

Türkiyənin partiya rəhbəri Hürriyyət qəzetinə müsahibəsində deyib: İdlib barədə Türkiyə zaman itirmədən dərhal Suriyanın mərkəzi hökuməti ilə müzakirəyə girməlidir ona görə ki, Suriyanın ərazi bütövlüyü Türkiyənin həyatı üçün önəmlidir və regionda Türkiyənin mənafeyini təmin edir. 

Teqlər