Sen 17, 2018 19:32 Asia/Baku
  • Ərdoğan və Putin Soçidə görüşüblər
    Ərdoğan və Putin Soçidə görüşüblər

Türkiyə və Rusiya prezidentləri ölkələrinin ikitərəfli əlaqələr və regional əməkdaşlıqların genişləndirilməsi xüsusilə təhlükəsizlik məsələləri, iqtisadiyyat və siyasət sahəsində əlaqələrin möhkəmləndirilməsində ciddi iradəyə malik olduqlarını bildiriblər.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü Soçi şəhərinə daxil olduqdan sonra rusiyalı həmkarı Vladimir Putin ilə görüşüb, ikitərəfli əlaqələr habelə, önəmli regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıb.

Türkiyə prezidenti bu görüşdə deyib: Regional böhranların həlli istiqamətində Ankara və Moskva arasındakı əməkdaşlıqlar bütün tərəflərin xeyrinədir.

Rusiya prezidenti Vladimir Putin də bu görüşdə Türkiyə prezidenti ilə mürəkkəb regional məsələləri müzakirə edəcəyini deyib.

Putin Türkiyə və Rusiya arasındakı illik ticarət dövriyyəsinin artmaqda olduğuna işarə edərək, deyib: İki ölkə regional təhlükəsizlik üzrə birgə əməkdaşlıqları genişləndirməkdədirlər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü Soçiyə səfər edib.