Sen 22, 2018 10:43 Asia/Baku
  • Çavuşoğlu İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli Nyu-York iclasındən xəbər verib
    Çavuşoğlu İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli Nyu-York iclasındən xəbər verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən gecə bildirib ki, İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Suriya məsələsi ilə bağlı Nyu-Yorkda üçtərəfli iclas keçircəklər.

Bu iclas BMT Baş Assambleyasının 73-cü sessiyasının kənarında Nyu-Yorkda keçiriləcək. 

BMT Baş Assambleyasının 73-cü sessiyası sentyabrın 25-də Nyu-Yorkda başlanacaq.

Çavuşoğlu deyib ki, hazırda Suriyada önəmli məsələ, bu ölkədə böhranın siyasi həlli üzərində təmərküzləşmə və tam atəşkəsə zəmanətdir

İran İslam Respublikası, Rusiya və Türkiyə Astana prosesində zəmanətçi ölkələr kimi Suriya böhranının həllinə çalışırlar.

Suriyada sülhün bərqərarı məqsədini güdən Astana müzakirələri İran İslam Respublikasının təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlığı ilə 2017-ci ilin yanvarından başlanıbdır.

Bu müzakirələrin əsas nəticəsi, Suriyada gərginliyin azaldılması məntəqələrinin yaradılmasıdır.

Teqlər