Sen 23, 2018 18:19 Asia/Baku
  • Türkiyənin xüsusi təyinatlı qüvvələri İdlibə göndərilib
    Türkiyənin xüsusi təyinatlı qüvvələri İdlibə göndərilib

Türkiyə Suriya hökumətinin və müxaliflərin nəzarətləri altında olan məntəqələr arasında silahsız məntəqənin yaradılması barədəki razılaşmadan sonrakı ilk addım kimi özünün xüsusi təyinatlı qüvvələrini İdlibə göndərib.

Türkiyə ordusu komandoslardan ibarət batalyonu bu ölkənin Tunceli əyalətindən İdlibə göndəribdir ki, İdlibdəki yoxlama-buraxılış məntəqələrini gərginliyin azaldılması razılaşmasına əsasən, gücləndirsin.

Bu, silahsız məntəqənin yaradılması, həmçinin terror qrupları tərəfindən ağır və yarımağır silahların təhvil verilməsi ilə bağlı olan İdlib barədəki son Rusiya-Türkiyə razılaşmasından sonra öz növündə ilk addım sayılır.

Türkiyə ordusu İdlibdəki strateji məntəqələrdə yerləşib və qərar üzrə silahsız məntəqənin yaradılması üzrə səy oktyabrın 15-dən qabaq başlanmalıdır.

Teqlər