Sen 24, 2018 09:21 Asia/Baku
  • Ərdoğan Əhvaz terror hücumunu pisləyib
    Ərdoğan Əhvaz terror hücumunu pisləyib

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan İranın dövləti və xalqına müraciətdə Əhvaz terror hücumunu pisləyib və bir qrup iranlının şəhid olması münasibətilə başsağlığı veribdir.

Bundan öncə də Türkiyə xarici işlər nazirl Mövlud Çavuşoğlu bir bəyanatda Əhvaz terror hücumunu pisləmişdi.

Ələhvaziyyə və İŞİD terror qruplaşmalarının Əhvaz terror hücumunun məsuliyyətini bir-birinin ardınca üzərlərinə götürmələri Əhvaz cinayətinin bu iki terror qruplaşmasının birgə hərəkəti olduğunu göstərir. Hər iki terror dəstəsi Ərəbistana bağlıdır.

Şənbə günü səhər tezdən Əhvazda İran İslam Respublikası silahlı qüvvələrinin paradı kənarında bir parkdan edilən terror hücumunda terrorçular tamaşaçı əhaliyə atəş açıblar. Nəticədə 25 nəfər şəhid olub, 60-dan çox insan da yaralanıbdır.

Teqlər