Sen 26, 2018 12:01 Asia/Baku
  • İran və Türkiyə prezidentləri görüşüblər
    İran və Türkiyə prezidentləri görüşüblər

İran və Türkiyə prezidentləri Birləşmiş Millətlər Təşkilatının baş asambleyasının növbəti sesiyasının kənarında görüşərək qarşılıqlı, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Görüşdə Həsən Ruhani və Rəcəb Təyyib Ərdoğan vurğulayıblar ki, iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi üçün heç bir maneə yoxdur və hamı iki ölkə xalqlarının mənafeyi istiqamətində əməkdaşlıqların bütün sahələrdə inkişaf etdirilməsinə səy göstərir. 

Bu görüşdə İİR prezidenti Həsən Ruhani iki ölkə arasında əldə olunmuş geniş miqyaslı razılaşmaların icra prossesinin sürətləndirlməsini vacib hesab edib və bildirib: İran öz layihələrinin inkişafı prossesinə türkiyəli şirkətlrə və investorların cəlb olunmasını müsbət qarşılayır. 

Ruhani Türkiyə prezidentinin Əhvazda baş verən terror aktının qurbanları ilə əlaqədar başsağlığı mesajına görə öz təşəkkürünü bildirərək deyib: Biz həmişə çətin günlərdə biri-birimizin kənarında durmuşuq və bu hadisələr bizə terrorizm mövzusu qarşısında ciddi olmalı olduğumuzu deyir. 

Ruhani həmçinin İran, Türkiyə və Rusiyanın Suriya mövzusundakı əməkdaşlıqlarının böyük əhəmiyyətini vurğulayaraq deyib: Suriya barədə Türkiyənin əməkdaşlığı ilə üçtərəfli prosses çərçivəsində İdlib məsələsinin həllinə kömək etməyə hazırıq. 

Görüşdə Türkiyə prezidenti də  Əhvazda baş verən terror aktında bir qrup İran vətəndaşının şəhadətindən son dərəcə təəssüfləndiyini bildirərək deyib: Biz artıq terrorizm fenomeni ilə deyil, terrorçu dövlətlər ilə qarşı-qarşıyayıq. 

Rəcəb Təyyib Ərdoğan Tehran-Ankara əlaqələrinin gücləndirilməsinə çağıraraq deyib: Sanksiyalarla qarşılaşmaq üçün əl-ələ verəcək və sizin kənarınızda duracağıq. Türkiyə prezidenti həmçinin iki ölkənin Suriya barədə əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıb.