Okt 03, 2018 10:14 Asia/Baku
  • Türkiyə və Rusiya ticarət mübadilələrində İlk dəfə olaraq milli valyutadan istifadə edirlər
    Türkiyə və Rusiya ticarət mübadilələrində İlk dəfə olaraq milli valyutadan istifadə edirlər

Türkiyə ilk dəfə olaraq Rusiyanın milli valyutası(Rubl) ilə bu ölkədən buğda satın alır.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyada yerləşən Su Ekon Analitik mərkəzi dünən bir bəyanatda bildirib ki, Türkiyə Rusiyadan rubl valyutası ilə 30 min ton buğda alacaq. Hər bir ton buğdanın qiyməti 17 min rubl üzərində razılaşdırılıb. 

Su Ekon Analitik mərkəzinin bəyanatında deyilir: Milli valyutalardan istifadə olunaraq Türkiyə və Rusiyanın iqtisadi ziyanları azaldılacaq. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan öncə bildirmişdi ki, Ticarətdə milli valyutalardan istifadə ilə ticarət mübadilələri Rusiyanın önəmli şərikləri ilə daha da artırılacaq. 

Türkiyənin maliyyə naziri Barat Albayrak da Türkiyə lirəsinin ABŞ dolları qarşısında öz dəyərini itirməsinin qarşısının alınması üçün bir layihənin hazırlanmasıdan xəbər vermişdi. 

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə ticarət mübadilələrinin milli valyutalarla həyata keçirilməsini müsbət qarşılayıb. 

Teqlər