Okt 03, 2018 20:47 Asia/Baku
  • İran və Türkiyə arasında kənd təsərrüfatı əməkdaşlıqlarına təkid edilib
    İran və Türkiyə arasında kənd təsərrüfatı əməkdaşlıqlarına təkid edilib

İranın kənd təsərrüfatı cihadı naziri və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqların genişləndirliməsinə çağırıblar.

İRİB-in verdiyi məlumata görə, Mahmud Höccəti ilə Bekir Pakdəmirli bu gün Tehranda iki ölkə arasında kənd təsərrüfatı əməkdaşlıqları üzrə strateji komitənin 7-ci iclasındakı görüşündə iranlı nazir bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının mübadiləsi həcmi çox azdır və artırılmalıdır. 

Höccəti Türkiyənin qonşu , dost və qardaş ölkə olduğunu bildirərək deyib: İki ölkə texniki, təhsil, araşdırma və əməliyyat sahələrində əməkdaşlıqlarını genişləndirə bilərlər. 

İranlı nazir Türkiyənin İranın kənd təsərrüfatı sektorunda kapital qoymasını müsbət qiymətləndirərək deyib: Türkiyə istixana sektorunda yaxşı inkişafa malikdir və bu sahədə iki ölkə arasında əməkdaşlıqlara əlverişli zəmin var. 

Höccəti İran İlə Türkiyə arasında dəman bitkiləri eləcə də heyvanların qarantinası , davar xəstəlikləri, və quş xəstəlikləri sahələrində əməkdaşlıqların vacibliyini vurğulayıb. 

Görüşdə Bəkir Pakdəmirli də ölkəsinin kənd təsərrüfatı sahəsində İran ilə əməkdaşlıqlara hazır olduğunu bildirib. 

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahələrində 3 əməkdaşlıq sənədi imzalanıb. 

 

Teqlər