Okt 05, 2018 11:29 Asia/Baku
  • Ərdoğan: Amerika Suriyadakı terroristləri dəstəkləyir

Türkiyə prezidenti ABŞ-ın terrorizmlə mübarizə aparması iddiasını rədd edib. Bildirib ki, Amerika ötən bir neçə ildə Suriyada fəaliyyət göstərən terrorçulara on doqquz min yük maşını həcmində silah, sursat və hərbi texnika təhvil verib.

Rəcəb Tayyip Ərdoğan dünən gecə İstanbulda keçirilən "Parçalanmış bir dünyada sülhün və təhlükəsizliyin yenidən düşünülməsi" adlı beynəlxalq konfransda Amerikanın Suriyada fəaliyyət göstərən terror qruplarına silah göndərməsi və onlara dəstək verməsinin dayandırılmasını istəyib.

Türkiyə prezidenti deyib: Suriya böhranının başlanmasından bəri Amerika terror qruplarına on doqquz min yük maşını həcmində silah və sursat göndərməklə bu böhranda dağıdıcılıq rolu oynayıbdır.

Ərdoğan Suriyada bir neçə Amerika hərbi bazasının yerləşdirilməsinə toxunub. Deyib ki, bu bazalar qanunsuz surətdə Suriyada yerləşdiriliblər və böhranın şiddətlənməsi amilidirlər.

Türkiyə prezidenti əlavə edib: Suriyanın İdlib şəhərində təqribən 3,5 milyon sivil təhlükə qarşısında idi, lakin biz çalışdıq və Rusiya və İran rəsmiləri ilə yanaşı, Soçi, Ankara və Tehranda aparılan müzakirələr və tədbirlərlə orada bir insan faciəsinin qarşısını aldıq.

Ərdoğan həmçinin bir daha BMT-də quruluş islahatlarının aparılmasını istəyib. Bildirib ki, bu orqan ədalətsevər tələblərə bir cavab tapmayıb və islahata ehtiyaclıdır.

Türkiyə prezidenti BMT-yə üzv 193 ölkənin Təhlükəsizlik Şurasına daimi üzv və dövri sədr seçilməsini istəyib. O, əlavə edib: Əgər bu həll yolu icra olunmazsa, beş ölkə tərəfindən beynəlxalq ədalətin bərqərar ediləcəyini gözləmək olmaz.

Ərdoğan BMT-nin Fələstin məsələsi qarşısındakı fəaliyyətsizliyini tənqid edib. O, deyib: Təhlükəsizlik Şurasının bəzi daimi üzvlərinin müxalifətləri və sionist rejimin ekspansianizmini himayə etmələri Fələstin məsələsinin həllinə mane olubdur.

"Parçalanmış bir dünyada sülhün və təhlükəsizliyin yenidən düşünülməsi" adlı beynəlxalq konfrans istanbulda keçirilməkdədir. Konfransda dünya ziyalıları, jurnalistləri, mülki fəalları, universitet işçiləri, iş adamları və siyasi xadimlərindən 600-dən çox nəfər iştirak edir.

Teqlər