Okt 15, 2018 09:01 Asia/Baku
  • Türkiyədə baş verən yol qəzasında azı 22 nəfər ölüb
    Türkiyədə baş verən yol qəzasında azı 22 nəfər ölüb

Türkiyədə baş verən yol qəzasında azı 22 nəfər ölüb,10-dan çox adamsa yaralanıb.

Miqrantları aparan yük maşını oktyabrın 14-də yoldan çıxaraq 20 metr aşağıdakı kanala düşüb.

Anadolu agentliyinin məlumatına görə, yük maşını Aydından İzmirə gedirmiş.

Ölənlərin arasında uşaqlar da var.

Qeyd edək ki, hazırda Türkiyədə 4 milyona yaxın qaçqın var.

Onların əksəriyyəti suriyalıdır.

Teqlər