Okt 16, 2018 10:40 Asia/Baku
  • Konsulluqda Qaşıqçının qətli barədə faktlar aşkarlanıb

Türkiyə mənbələri Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda aparılan araşdırmada Camal Qaşıqçının qətlə yetirilməsi barədə faktların aşkar edildiyini bildiriblər.

Əl-Cəzirə telekanalı Türkiyə baş prokurorluğuna istinadən bildirib ki, səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə əlaqədar faktların gizlədilməsinə dair cəhdlərə rəğmən Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ilkin araşdırmalarda Qaşıqçının qətli barədə önəmli faktlar aşkar edilib. 

Bu məlumata görə, əldə olunmuş faktlar Qaşıqçının qətlə yetirilmiş olması barədə ehtimalları gücləndiriri. 

CNN telekanalı isə dünən bildirib ki, Səudiyyə Ərəbistanı Camal Qaşıqçının yoxa çıxması barədə bir hesabat hazırlamaqdadır. 

Bu məlumata görə, həmin hesabatda Qaşıqçının istintaq zamanı səhvən ölməsinin iddia ediləcəyi ehtimal olunur. 

CNN bildirib: Hesabat hazırlanmaqdadır və ona dəyişiklik edilməsi ehtimal edilir. Başqa bir mənbə bildirib ki, hesabatın Qaşıqçının qətli əməliyyatının özbaşına həyata keçmiş olduğunu və bu barədə məsuliyyət daşıyanların cəzalandırılacaqlarını bildirəcəyi ehtimal edilir. 

Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girəndən sonra yoxa çıxdı. 

Mediyalar Qaşıqçının cəsədinin doğranmış şəkildə İstanbulda aşkar edildiyini bildirmişdilər. 

Qaşıqçının adı Ali-Səud rejiminin axtarışda olan adamlar siyahısında yer alırdı və o həbs olunmamaq üçün Səudiyyə Ərəbistanından kənarda yaşayırdı.