Okt 16, 2018 20:48 Asia/Baku
  • Qaşıqçı müəmması
    Qaşıqçı müəmması

Qaşıqçı müəmmasının düyünləri hələ də açılmamış olaraq qalmaqda davam edir. Yoxa çıxmış jurnalistin taleyi bəzilərini narahat etsə də, ABŞ-ın gözlərini qamaşdıran neft dollarları Vaşinqtonun Ərəbistana qarşı ciddi addımlar atmasına mane olur.

Bu günlər, Məhəmməd bin Salman yox, Məhəmməd Əd-Duayi də olsan, faydası, yoxdur, top artıq qapıdan keçib. Ən azından dünyanın ümumi fikrində belədir. Onlar Trampdan fərqli düşünürlər.

ABŞ prezidenti isə Ərəbistana 110 milyard dollar dəyərində tarixi silah satışı müqaviləsindən imtina edə bilməyəcəyini və bunu istəmədiyini deyir.

Trampın bu sözləri yəni “qatıqlamaq”.

ABŞ dövlət katibi Mayk Pompeonun Ər-Riyada səfərinin məqsədi də məhz elə bu olmalıdır. Camal Qaşıqçı ilə əlaqəyə malik olan və ona Ərəbistana qayıdacağı surətdə yaxşı vəzifəyə təyin ediləcəyini vəd edən Məhəmməd bin Salmanın müşaviri Səud Əl-Qəhtani indi onun qatilinə çevrilib.

Əlbəttə, bu bir fərziyədir. Nyu-Yorkda yaşıyan tanınmış jurnalist və yazar Çarlz Ortel isə bu barədə deyir: “Mən ABŞ-ın nə edəcəyi haqda mərc gəlmək istəmirəm.”

Digər tərəfdən Bin Salmanın ötən illərdə özünü reklam etmək üçün medialara xərclədiyi milyardlarla dollar da kül olaraq, göyə sovrulub. Hətta, neft dollarları hesabına “qurbanlıq keçi” tapmaq mümkün olsa da, Qaşıqçı olayı Ər-Riyad – Vaşinqton münasibətlərinin kürəyinə saplanan balta olacaq.

İndi, tanınmış senatorlardan Mark Rubionun Ərəbistanın sanksiya edilməsi layihəsi ilə nə edəcəyini gözlmək lazımdır.

Amma, çətin ki, bu iş baş tutsun. Çünki, ABŞ-ın maliyyə naziri Ər-Riyadda keçiriləcək investisiya konfransında iştirak etmək qərarından dönməyib.

BMT-də hələ ki, araşdırma aparılsın deyir.