Okt 17, 2018 13:05 Asia/Baku
  • Qaşıqçının qətli 7 dəqiqə sürüb
    Qaşıqçının qətli 7 dəqiqə sürüb

Türkiyə mediaları bu gün çərşənbə Səudiyyə rejiminin tənqidçilərindən olan ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxması olayına dair yeni məlumatlar yayıblar. Əgər bu məlumatlar doğrudursa, o zaman, Camal Qaşıqçının amansız şəkildə, qəddarcasına qətlə yetirildiyini və daha sonra cəsədinin parçalara ayrıldığını demək olar.

Yeni Şəfəq qəzeti məlumatlı mənbələrə istinadla bildirib: Tükinin Milli İstihbarat Təşkilatı (MİT) Qaşıqçı olayı ilə əlaqədar bir neçə səs yazısına malikdir.Bu səs yazıları Qaşıqçının necə qətlə yetirildiyinə aydınlıq gətirir. 

Qaşıqçı 2 həftə öncə çərşənbə axşamı İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra, şübhəli şəkildə yoxa çıxıb. 

Əldə olunmuş məlumatlara əsasən Camal Qaşıqçı Ərəbistanın Baş Konsulluğunda qətlə yetirib və onun cəsədinin Ərəbistanın Məhkəmə Ekspertizasının üzvü Səlah Məhəmməd Əl-Təbiqi tərəfindən doğranılması 7 dəqiqə sürüb. O, bu cinayətlə məşğul olduğu zaman ətrafdakı insanlara musiqi dinləmələrini tövsiyə edib. 

Qaşıqçının Ərəbistnın Baş Konsulluğunda döyülməsi, işgəncə edilməsi və öldürülməsinə dair bir çox səs yazısı mövcuddur və bu səs yazıları Türkiyənin təhlükəsizlik və məhkəmə orqanlarının ixtiyarına verilib. Bu səs yazılarından birində Ərəbistanın İstanbuldakı Baş Konsulu Məhəmməd Əl-Ətibi Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın xüsusi dəstəsindən Qaşıqçı ilə haqq-hesabı konsulluq binasından kənarda görmələrini istəyir. 

Bu məlumatın davamında deyilir: Qaşıqçı konsulluq binasında ağır işgəncə edilib. Daha sonra Məhəmməd bin Salmanın xüsusi dəstəsi Camal Qaşıqçının barmaqlarını, sonda isə başını kəsərək, bədənindən ayırıblar. 

Yeni Şəfəq qəzetinin yazdığına görə, əldə edilən səs yazılarında Ərəbistanın baş konsulu Məhəmməd Əl-Ətibinin etiraz səsi eşidilir. O, "bu cinayəti konsulluqdan kənarda edin. Mənim üçün problem yaratmayın." deyə fəryad edir. 

Məlumatda həmçinin bildirilir: Baş konsulun etirazlarına cavab olaraq, Bin Salmanın xüsusi dəstəsinin üzvlərindən biri onun başına çığıraraq,  "Ərəbistana qayıtdığında sağ qalmaq istəyirsənsə, səsini kəs" deyir.