Okt 18, 2018 19:30 Asia/Baku
  • Türkiyə: Ankara Qaşıqçı olayında beynəlxalq qanunlar əsasında davranıb
    Türkiyə: Ankara Qaşıqçı olayında beynəlxalq qanunlar əsasında davranıb

Türkiyənin ədliyyə naziri deyib: Camal Qaşıqçının yoxa çıxması olayı ilə bağlı ittihamlar sübut edilərsə, bu hadisə ilə beynəlxalq qanunlar əsasında rəftar ediləcək.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Əbdülhəmid Gül deyib: Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının işi ilə bağlı araşdırmalar diqqətlə izlənilir və bütün mərhələlər ən qısa zaman ərzində həyata keçirilir. Ankara Qaşıqçı olayını diqqətlə izləyir və vəziyyətə nəzarət edir. Əlbəttə, aparılan araşdırmaların gizliliyi də qorunmalıdır.

Türkiyənin ədliyyə naziri əlavə edib: Aparılan araşdırmalarda məqsəd, hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və Qaşıqçının başına nə gəldiyini dünyaya elan etməkdir.

O həmçinin deyib: Araşdırmalara Qaşıqçının  yoxa çıxmasından dərhal sonra başlanılıb.