Okt 19, 2018 19:26 Asia/Baku
  • Ankara
    Ankara "Qaşıqçı" olayı ilə bağlı araşdırmaların nəticələrini ictimailəşdirmək istəyir

Türkiyənin xarici işlər naziri deyib: Ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxmasına dair araşdırmaların nəticələri medianın ixtiyarına veriləcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu deyib: Türkiyə hökuməti ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxmasına dair araşdırmalar zamanı jurnalistin taleyinə aydınlıq gətirən aydın dəlil və sübutlar əldə edib. Bu məlumatların təkmilləşdirilməsi prosesi başa çatdıqdan sonra, nəticə medianın ixtiyarına veriləcək və ictimailəşdiriləcək.

Türkiyənin xarici işlər naziri daha sonra Ankaranın Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsinə dair səs yazısını amerikalılara təhvil verdiyinə dair xəbərləri təkzib edib və deyib: Camal Qaşıqçının yoxa çıxmasına dair araşdırmalar zamanı əldə edilən dəlil və sübutlar hər hansı bir şəxs və ya ölkənin ixtiyarına verilməyib.

Camal Qaşıqçı çərşənbə axşamı (2 oktyabr) İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb.

Camal Qaşıqçının adı Ərəbistanda təqibdə olan şəxslər siyahısında olub. Qaşıqçı həbs edilməsindən qorxduğu üçün bir il öncə Ərəbistanı tərk edərək, Vaşinqtonda yaşamağa başlamışdı.

Teqlər