Okt 21, 2018 12:23 Asia/Baku
  • Türkiyə bildirib ki, Qaşıqçının qətlində gizliliyə icazə verməyəcək
    Türkiyə bildirib ki, Qaşıqçının qətlində gizliliyə icazə verməyəcək

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini vurğulayıbdır ki, Ankara səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli macərasında gizliliyə icazə verməyəcək.

Numan Kurtulmuş deyib ki, Türkiyə Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi macərası ilə bağlı sənədləri dünya xalqlarının ixtiyarına qoyacaqdır.

O, əlavə edib: Türkiyə Ərəbistanın İstanbuldakı konsulluğu binasının Ərəbistan hakimiyyətinin bir hissəsi olmasına rəğmən, onun içərisində törədilmiş bu insanlığa sığmayan cinayətin ört-basdır edilməsinə icazə verməyəcəkdir.

Bundan öncə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hədələyərək bildirmişdi ki, səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxması işi barədəki təhqiqatın nəticələrini şəffaf surətdə mediların ixtiyarına qoyacaqdır.