Okt 21, 2018 20:50 Asia/Baku
  • Ərəbistan və ABŞ Qaşıqçının qətli barədəki həqiqətləri ört-basdır etməyə çalışırlar
    Ərəbistan və ABŞ Qaşıqçının qətli barədəki həqiqətləri ört-basdır etməyə çalışırlar

Regional və beynəlxalq məsələlər üzrə bir türk analitik deyib: Ali-səud rejimi və Amerika səudiyyəli tənqidçi jurnalistin qətli barədəki həqiqətləri ört-basdır etmək üçün yeni senari yaratmağa çalışırlar.

Abbas Karaağaclı bir müsahibədə Ərəbistanın Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyini üç həftədən sonra dünən etiraf etməsinə toxunaraq, vurğulayıb: Ərriyad bu aşkar qətli dünya xalqlarının gözlərindən gizlədə bilməyəcəyini anlayıbdır.

Giresun universitetinin beynəlxalq əlaqələr üzrə elmi heyətinin üzvü əlavə edib: Ərəbistan "Qaşıqçı konsulluqdakı bir dava zamanı öldürülüb" iddialı bir dastan yaradaraq, dünyanın ümumi fikrini yayındırmağa çalışır.

Teqlər