Okt 23, 2018 17:13 Asia/Baku
  • Ərdoğan: Qaşıqçının qətli öncədən planlaşdırılıbmış
    Ərdoğan: Qaşıqçının qətli öncədən planlaşdırılıbmış

Türkiyə prezidenti ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinin detallarını şərh edərkən deyib: Bəzi təxminlərin əksinə olaraq, Qaşıqçının qətli öncədən planlaşdırılıb.

İRİB-nin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisində Camal Qaşıqçının qətlinə dair çıxışında deyib: Jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduğu zaman, orada olanların hamısı baş vermiş cinayətə görə məsuliyyət daşıyır.

Ərdoğan deyib: Qaşıqçı Ərəbistanın təhlükəsizlik və kəşfiyyat xidməti orqanlarının agentləri tərəfindən dəhşətli formada qətlə yetirilib. Bu qətli bir qrup özbaşına məmurun boynuna atmaq olmaz. 

Türkiyə prezidenti əlavə edib: Ərəbistan kralı mənimlə saxladığı telefon əlaqəsində Camal Qaşıqçının qətlə yetirilməsi işi ilə əlaqədar 18 nəfərin saxlanılmasını təsdiq etdi. 

Ərdoğan daha sonra Ərəbistanın Camal Qaşıqçının qətlinə dair yeni ssenarisini sual altına aparıb və deyib: Qaşıqçının qətlə yetirilməsində sadəcə bir neçə təhlükəsizlik və kəşfiyyat agentinin ittiham olunması qəbul edilməzdir. 

Türkiyə prezidenti əlavə edib: Ankaranın səyləri ilə Qaşıqçının başına gətirilən faciənin ifşa edilməsinin ardınca Ərəbistanın mövqeyində dəyişiklik müşahidə olunub. 

Ərdoğan qətlin İstanbulda, Ərəbistanın Baş Konsulluğunda törədildiyini deyərək, əlavə edib: Ankara bu cinayət işinə dair bütün qaranlıq məqamların aydınlaşacağı zamana kimi BMT və beynəlxalq qrumların əməkdaşlığı ilə cinayətkarların cəzalandırılması istiqamətində səylərini davam etdirəcək.