Okt 26, 2018 11:13 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri: Fələstin və Qüds müsəlmanların qırmızı xəttidir
    Türkiyənin xarici işlər naziri: Fələstin və Qüds müsəlmanların qırmızı xəttidir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və Qüdsü müsəlmanların qırmızı xətti adlandırıb və deyib: Ankara fələstinlilərin haqq və hüquqlarının təmin olacağı zamana kimi Fələstini müdafiə edəcək.

İRNA-nın məlumatına görə, cümə axşamı Ankarada Fələstin hökumətinin xarici işlər naziri Riyaz Maliki ilə görüşdə bu fikirləri səsləndirən Çavuşoğlu əlavə edib: Dünya ictimaiyyətinin sükutu və ABŞ-ın dəstəkləri sayəsində işğal edilmiş Fələstiin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması prosesi davam edir və İsrail Qüdslə bağlı mənfi addımlar atır. 

Türkiyənin xarici işlər naziri ABŞ-ın bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair qərarının İsrailə cəsarət verdiyini deyərək, əlavə edib: Türkiyənin bu məsələ ilə bağlı aydın mövqeyə malikdir və istənilən halda İslam Əməkdaşlıq Təşkilatının İstanbul iclasında və Təhlükəsizlik Şurasında çıxarılan qərarların icrasına təkid edir. 

Mövlud Çavuşoğlu həmçinin deyib: Daim və istənilən şəraitdə fələstinlilərin kənarında olacağıq. Hətta, Qüdsün müdafiəsində hər kəs sükut etsə belə, biz sükut etməyəcəyik. 

Türkiyənin xarici işlər naziri sonda deyib: İki dövlət məsələsinin öz həllini tapmadığı zamana kimi regionda davamlı sülh və sabitlik təmin olunmayacaq. 

Fələstin hökumətinin xarici işlər naziri Riyaz Maliki də bu görüşdə dəstəklərinə görə Türkiyəyə təşəkkür edib və İsrailin işğalçılıq siyasətini regionda gərginlik amili adlandırıb. 

Teqlər