Okt 31, 2018 10:53 Asia/Baku
  • Türkiyə prokuroru səudiyyəli prokuroru qınayıbL
    Türkiyə prokuroru səudiyyəli prokuroru qınayıbL

Türkiyə prokurorluğuna tabe olan bir qaynağın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının baş prokurorluğu Türkiyə prokurorluğunun səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının cəsədinin yeri barədə verilən suallarına cavab verməyib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sözü gedən mənbə dünən gecə Qətərin Əl-Cəzirə telekanalına verdiyi açıqlamada deyib: Türkiyənin baş prokurorunun Səudiyyə Ərəbistanının baş prokuroru ilə görüşü müsbət nəticələnməyib və o Qaşıqçının qətlinin amilləri barədə cavabdeh deyil. 

Əl-Məcəb bazar ertəsi günü bir heyətə başçılıq edərək Türkiyəyə daxil olub. 

Səudiyyə baş prokuroru indiyədək iki dəfə Türkiyə baş prokuroru İrfan Fidan ilə görüşüb. 

Əl-Məcəb həmçinin dünən axşam saat yarım müddətində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda olub amma bu heç bir nəticəyə gətirib çıxarmayıb. 

Səudiyyə Ərəbistanı beynəlxalq təzyiqlər altında Qaşıqçının qətli ilə əlaqədar Türkiyə ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmək məcburiyyətində qaldı amma indiyədək heç bir müsbət addım atmayıb. 

Səudiiyyə rejiminin müxaliflərindən olna Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı. 

Səudiyyə rejimi 19 oktyabrda nəhayət Qaşıqçının konsulluqda qətlə yetirildiyini etiraf etdi. 

Qaşıqçı Səudiyyə rejiminin həbs olunacaq adamlar siyahısında idi. O həbs olunmamaq üçün Səudiyyə Ərəbistanından kənarda yaşayırdı. 

Teqlər