Noy 06, 2018 22:10 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan - Türkiyə prezidenti
    Rəcəb Təyyib Ərdoğan - Türkiyə prezidenti

Türkiyə prezidenti Ankaranın İrana qarşı sanksiyalarda ABŞ-ın kənarında olmayacağını deyib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı jurnalistlər qarşısında deyib: ABŞ-ın İrana qarşı sanksiyaları beynəlxalq quruluşa zərbədir və sadəcə imperialist maraqlara xidmət edir. Ankaranın qənaətinə görə bu hərəkət beynəlxalq güc tarazlığını pozur. 

Ərdoğan bundan öncə də ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət bildirərkən, İrana qarşı sanksiyaların tətbiq edilməsində bir çox ölkənin ABŞ-ın yanında yer almayacağını demişdi.