Noy 13, 2018 16:57 Asia/Baku
  • Ərdoğan: Qaşıqçının qətli barədə göstəriş Ərəbistan dövlətinin ən yuxarı səviyyəsindən verilib
    Ərdoğan: Qaşıqçının qətli barədə göstəriş Ərəbistan dövlətinin ən yuxarı səviyyəsindən verilib

Türkiyə prezidenti bir daha bildirib ki, Qaşıqçının qətli barədə göstəriş Ərəbistan dövlətinin ən yuxarı səviyyəsindən verilibdir.

Rəcəb Tayyıp Ərdoğan bir daha bildirib ki, Qaşıqçının qətli öncədən planlaşdırılmış bir tədbir idi və səudiyyənin ən yüksək vəzifəli rəsmiləri bu qətl barədə göstəriş veriblər. O, Camal Qaşıqçının qətli barədə göstərişin əsas amilinin cəzalandırılmasına təkid edib.

Türkiyə prezidenti əlavə edib: Həbs olunmuş 18 müttəhimdən əlavə, başqa bir şəxs səud rejiminin tənqidçisi olan bu jurnalistin qətlində əsas məsuliyyəti daşıyır və o, təqdim olunaraq, mühakimə edilməlidir.

Ərdoğan həmçinin vurğulayıb: Belə bir məsələyə aydınlıq gətirilməlidir ki, Camal Qaşıqçının cəsədinin başına nə gəlib və əgər onun cəsədi doğranıbsa belə, başqa bir yerə köçürülübsə belə və ya hətta onun cəsədi bir məkanda dəfn edilibsə belə, bu məsələ aydınlaşmalıdır.

Türkiyədəki məlumatlı mənbələr ötən cümə günü, qətlə yetirilmiş səud jurnalisti Camal Qaşıqçının cəsədinin kimyəvi turşu ilə əridilməsində əli olmuş üç nəfərin adını ifşa ediblər.