Noy 14, 2018 10:39 Asia/Baku
  • Fransa ilə Türkiyə arasında çaxnaşma
    Fransa ilə Türkiyə arasında çaxnaşma

Türkiyə xarici işlər naziri fransalı həmkarına, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın səudiyyəli müxalif jurnalistin qətli işi ilə siyasi oyun oynamasına dair bəyanatı xüsusunda xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən Fransa XİN başçısı Jan İo Loderyanın Ərdoğanın Camal Qaşıqçının qətli dosiyası ilə siyasi oyun oynamaqda olmasına dari bəyanatına münasibət bildirərkən deyib: Fransa xarici işlər naziri öz həddini keçib və bir prezident ilə necə danışmalı olduğunu öyrənməlidir. 

Türkiyə XİN başçısı fransalı həmkarına tövsiyə edib ki, Türkliyə prezidenti Rəcəb Təyyib Ərdoğanı həqiqətləri ört-basdır etməkdə uzun keçmişə malik olan fransalı rəsmilərlə səhv salmasın. 

Çavuşoğlu deyib: Fransa rəsmiləri artıq Səudiyyə Ərəbistanı tərəfindən də təsdiqlənmiş Qaşıqçının qətlə yetirilməsi faktını bundan sonra inkar edərlərsə heç də təəccüblü deyil. 

Türkiyə XİN rəhbəri ölkəsinin bu cinayətin müxtəlif cəhətlərinin aşkar edilməsi istiqamətində laızmı hərhansı tədbirləri həyata keçirəcəyini bildirərək deyib: Ankara Qaşıqçı işi barədə mükəmməl məlumatları digər ölkələrin agentlik təşkilatları və rəsmilərinin də ixtiyarına verib.