Noy 14, 2018 11:24 Asia/Baku
  • Səudiyyə Ərəbistanı İstanbuldakı konsulluğunun yerini dəyişir
    Səudiyyə Ərəbistanı İstanbuldakı konsulluğunun yerini dəyişir

Türkiyənin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının jurnalist qaşıqçının qətlindən sonra özünün İstanbuldakı konsulluğunun yerini dəyişmək qərarından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə XİN-i dünən Səudiyyə rəsmilərinin İstanbuldakı konsulluğun yerini dəyişmək tələbi ilə rəsmi Ankaraya müraciət etmələri barədə yayılan məlumatlara münasibət bildirərkən deyib: Belə bir tələblə rəsmi müraciət olunmayıb amma belə bir niyyət mövcuddur. 

Səudiyyə rejimini tənqid edən jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı. 

Səudiyyə rejimi 18 gün sonra beynəlxalq ictimaiyyətin təzyiqləri altında Qaşıqçının konsulluq binasında qətlə yetirilməsini təsdiqlədi. 

Səudiyyə prokurorluğu bir bəyanatda iddia etdi ki, Qaşıqçının deyişməsi, ardınc konsulluq daxilində bəziləri ilə fiziki qarşıdurma onun ölümü ilə nəticələnib. 

Bu bəyanat dünya səviyyəsində geniş raaksiyalara səbəb oldu çoxları Ərrəyadın bu açıqlamasını onların Qaşıqçının konsulluq binasını tərk etmiş olmasına dair öncəki bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirdilər. 

Camal Qaşıqçı Səudiyyə rejimi tərəfindən axtarışda idi, o həbs olunmaq təhlükəsini nəzərə alaraq Səudiyyə Ərəbistanından xaricdə yaşayırdı. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan 23 oktyabrda bildirdi ki, Qaşıqçının planlaşdırılmış şəkildə və qəddarcasına qətlə yetirilməsini göstərən faktlar var. 

Britaniyada çıxan Qardian qəzeti bir məlumatda bildirib ki,  son illərdə Səudiyyə Ərəbistanında hadisələrin gedişatı tam bəlli bir müstəvidə cərəyan edir, Məhəmməd Bin Salman bu ölkənin vəliəhdi təyin olunduqdan sonra Ərrəyad hərhansı müxalifəti vəhşicəsinə məhv edir.