Noy 15, 2018 10:30 Asia/Baku
  • Türkiyənin demokratik təsisatları islam dünyasının İsrail ilə əlaqələrini kəsməsini istəyiblər

Türkiyənin demokratik təsisatları müsəlman ölkələrin İsrail ilə əlaqələrinin tam kəsilməsinə çağırıblar.

İranın İstanbul türkcəsində yayımladığı radio kanalının verdiyi məlumata görə, Türkiyənin demokratik təsisatlarının dünən Ankarada keçirdikləri anti-sionist aksiyada səsləndirilən bəyanatda deyilir: Artıq müsəlman ölkələrin qəsbkar İsrail rejiminin Fələstin xalqına qarşı qeyri-insani hərəkətləri müqabilində birləşməsinin vaxtı gəlib çatıb.

Bəyanatda deyilir:Bəzi müsəlman ölkələrin ABŞ və İsrailin mənafeyi çərçivəsində siyasət yürüdərək sionist rejimin regiondakı rasist siyasətləri və cinayətlərinə yardımçı olmaları təəssüfləndirici haldır. 

Bəyanatda Qüdsü işğal edən rejimin Fələstin torpaqlarından qovulması uğrunda səylərin bütün müsəlmanların vəzifəsi olduğu bildirilir və deyilir: Bu məqsəd reallaşmayınca fələstinlilərin və digər müsəlmanların müqaviməti davam edəcək.

Teqlər