Noy 15, 2018 14:07 Asia/Baku
  • Çavuşoğlu: Qaşıqçının qətli barədə beynəlxalq təhqiqat zəruridir

Türkiyənin xarici işlər naziri səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli barədə beynəlxalq təhqiqatı zəruri adlandırıb.

Mövlud Çavuşoğlu dünən gecə deyib: İstanbulda Qaşıqçının qətli barədə beynəlxalq təhqiqat bir zərurətə çevrilibdir.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də dünən gecə Camal Qaşıqçının qətlini pisləyib və bildirib ki, Ankara, Ərəbistanın İstanbuldakı konsulluğunun içərisində Qaşıqçını qətlə yetirməsi üçün səud xəfiyyə qrupuna göstəriş vermiş şəxslərin adlarını ifşa etməyə sadiqdir.

Çelik vurğulayıb ki, Qaşıqçının qətlinə kimin göstəriş verdiyi aydınlaşmalıdır, zira dünya xalqları bu suala cavab axtarırlar.