Noy 18, 2018 12:20 Asia/Baku
  • Türkiyənin müdafiə naziri: Ərəbistan Qaşıqçını terror etmiş dəstənin üzvlərini təhvil vermək istəmir
    Türkiyənin müdafiə naziri: Ərəbistan Qaşıqçını terror etmiş dəstənin üzvlərini təhvil vermək istəmir

Türkiyənin müdafiə naziri dünən gecə deyib: Ankara rəsmən Ərriyaddan istəyibdir ki, səud rejiminin tənqidçisi olan jurnalist Camal Qaşıqçını terror etmiş dəstənin üzvlərini Ankaraya təhvil versin, amma Ərriyad buna mənfi cavab veribdir.

Hulusi Akar Kanadanın Halifaks təhlükəsizlik konfransında vurğulayıb ki, Qaçıqçının qətlə yetirilməsi cinayəti özbaşına hərəkət olmayıbdır. O, deyib: Bu cinayət qəti şəkildə yüksək səviyyəli səud rəsmilərinin göstərişi ilə törədilibdir.

Türkiyənin müdafiə naziri qeyd edib ki, Qaçıqçını qətlə yetirmək üçün bütövlükdə 18 nəfər Ərəbistandan İstanbula gəlmişdi.

Səudiyyəli tənqidçi jurnalist Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğuna müraciət etdikdən sonra yoxa çıxdı.

Səud rejimi dünya ictimaiyyətinin təzyiqləri altında18 gün sükut və təkzibdən sonra nəhayət oktyabrın 19-da təsdiq etdi ki, Qaşıqçı Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilibdir.

Camal Qaşıqçı səud rejiminin təqib və həbs olunan şəxslər siyahısında qərar tapmışdı. O, həbs olunmaq qorxusundan Ərəbistandan kənarda yaşayırdı.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan oktyabrın 23-də bildirib: Faktlar göstərir ki, Qaşıqçı rəhmsizcəsinə və planlaşdırılmış şəkildə qətlə yetirilibdir.