Noy 21, 2018 20:50 Asia/Baku
  • Türkiyə sərhədlərinin Ermənistan yük maşınlarının üzünə açılması iddiası rədd edilib
    Türkiyə sərhədlərinin Ermənistan yük maşınlarının üzünə açılması iddiası rədd edilib

Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Türkiyənin öz sərhədlərini Ermənistan yük maşınlarının üzərinə açması barədə xəbərləri təkzib edib.

İRNA-nın verdiyi məlumata görə, Erkal Özəral, Türkiyədə fəaliyyət göstərən ermənilərin əsassız iddiaları ilə mübarizə üzrə ümumdünya cəmiyyətin rəhbəri Göksəl Gülbeyin Türkiyə sərhədlərinin Ermənistanın yük maşınlarının üzünə açılmasına dair iddiasına cavab olaraq , bu iddianın yalan olduğunu deyib.

Türkiyənin Azərbaycan Respublikasındakı səfiri deyib: Emənistan yük maşınlarının sürücülərinə Türkiyənin Tiflisdəki səfirliyi tərəfindən viza verilməsi məsələsi müzakirə mövzusu deyil. 

Haberturk portalı bazar günü Göksel Gülbeyə istinadən bildirmişdi ki, Ankara ildə 400 Ermənistan yük maşınına Trabzon limanına hərəkət etmək icazəsi verib və bu Türkiyənin Tiflis səfirliyi tərəfindən baş tutub. 

 

Teqlər