Dek 09, 2018 12:27 Asia/Baku
  • Ərdoğan: Avropa demokratiya və insan haqları sınağında məğlub olubdur
    Ərdoğan: Avropa demokratiya və insan haqları sınağında məğlub olubdur

Türkiyə prezidenti Fransanın polis qüvvələrinin kapitalizm quruluşuna qarşı çıxanlar əleyhinə repressiv hərəkətlərini tənqid edib. Vurğulayıb ki, Avropa demokratiya, insan haqları və əsas azadlıqlar sınağında məğlub olubdur.

Rəcəb Tayyıp Ərdoğan Fransa polisinin bu ölkə hökumətinin iqtisadi siyasətlərinə qarşı çıxanlar ilə mübarizədəki zorakılıq hərəkətlərindən nigarançılıq edərək, hər cür xaos və anarxiyanı pisləyibdir.

Ərdoğan Avropada mağazaların qarət edilməsi və avtomobillərin yandırılması barədəki şəkillərə işarə edərək, deyib: Bunlar mühacirlər və ya müsəlmanlar deyil, məhz Avropanın öz vətəndaşlarıdırlar ki, təhlükəsizlik divarları və sosial rifahı zəiflədirlər.

Türkiyə prezidenti sonda vurğulayıb: Ankara Avropa küçələrində baş verənləri nigarançılıqla izləyir.