Dek 20, 2018 17:50 Asia/Baku
  • Ruhani: Amerikanın İrana qarşı zalımcasına sanksiyaları yüz faiz terror hərəkətidir

İran İslam Respublikası prezidenti deyib: Amerikanın İrana qarşı hərəkətləri yüz faiz terror hərəkətləridir, zira digər ölkələri 2231 saylı qətnaməni icra etməkdən, azad ticarətdən, xalqlar, şirkətlər və iqtisadi fəalların istəklərinin həyata keçriilməsindən qorxudur.

Həsən Ruhani Ankarada Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan ilə birgə mətbuat konfransında əlavə edib: 2231 saylı qətnamə bütün dünya ölkələrindən istəyir ki, nüvə anlaşmasına dəstək versin və İranla ticarət əlaqələrinin genişlənməsi üçün münasib atmosfer yaratsınlar.

İran İslam Respublikası prezidenti deyib: Bu gün dünyada az sayda ölkə Amerika ilə yanaşı İran xalqının haqqına göz yummaqla beynəlxalq qanunları və BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur. Dünyada quldurluq dövranı başa çatıb və xalqlar özlərinin müştərək maraqlarına əsasən, qərar çıxarırlar.

Ruhani Ərdoğanın və Türkiyə hökumətinin ABŞ-ın İrana qarşı zalımcasına sanksiyaları qarşısındakı birbaşa və qətiyyətli mövqelərinə görə təşəkkür edərək, deyib: İrana qarşı qanunsuz sanksiyalar və özbaşına hərəkətlər qarşısındakı bu qətiyyətli mövqe iki ölkənin qanuna və etikaya sədaqəti mənasındadır.

İran prezidenti sonra deyib: İki ölkə bu qənaətdədir ki, Suriyanın problemləri bu ölkə xalqının əli ilə həll edilməli və Suriyanın ərazi bütövlüyü də qorunmalıdır. Eyni zamanda, razılığa gəlindi ki, Suriya barədəki növbəti iclas İran, Türkiyə və Suriyanın iştirakı ilə Rusiyada keçirilsin.

Ruhani Yəmən məsələlərinə toxunaraq, deyib: Hər iki ölkə Yəmən böhranının yəmənli-yəmənli müzakirələr yolu ilə həlli qənaətindədir və İran və Türkiyə bu ölkə xalqına humanitar yardıma səy göstərəcəkdir. 

Teqlər