Dek 31, 2018 10:36 Asia/Baku
  • Türkiyənin tabeliyində olan qüvvələr Mənbicin ətrafından geri çəkilirlər
    Türkiyənin tabeliyində olan qüvvələr Mənbicin ətrafından geri çəkilirlər

İnformasiya mənbələri Türkiyənin tabeliyində olan silahlı qrupların Suriyanın Hələb vilayətində yerləşən Mənbic şəhərinin ətrafından geri çəkilmələrindən xəbər veriblər.

Türkiyənin tabeliyində olan silahlı qruplar, o sıradan Mənbic şəhərini işğal etməkdə Türkiyəyə kömək etmək üçün son zamanlar öz qüvvələrini bu şəhərə doğru hərəkət etdirmiş "Suriya azad ordusu" adlı qrup bu məntəqənin ətrafından geri çəkilməyə başlayıbdır.

Türkiyənin tabeliyində olan silahlı qrupların Mənbic şəhərinin ətrafından geri çəkilmələri Suriya ordusunun bu şəhərə daxil olmasının ardınca həyata keçibdir.

Suriya ordusunun baş komandanlığı cümə günü bir bəyanatda bu ordunun bölmələrinin Mənbic şəhərinə daxil olmalarından və Suriya bayrağının bu şəhərin üzərində dalğalanmasından xəbər verdi.

YPG kürd bölmələri bundan öncə Suirya hökumətindən istəmişdilər ki, Mənbic şəhərinə nəzarəti ələ alsın və "Türkiyənin təhdidləri" qarşısında onları qorusun.

Türkiyə bir neçə gün bundan öncə bildirmişdi ki, iddia olunan "PKK və YPG bölmələri ilə mübarizə"  məqsədi ilə tezliklə öz tabeliyində olan silahlı qruplarla yanaşı, bu ölkənin şimalında yeni əməliyyat  keçirəcək, amma Suriya ordusunun bu şəhərə daxil olması ilə öz qərarından geri çəkildi.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan vurğulayıb ki, Ankara Suriyanın ərazi bütövlüyünü himayə edir. O, deyibdir ki, Mənbic Suriyaya aiddir.

Teqlər