Yan 03, 2019 18:05 Asia/Baku
  • İraqın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması vacibliyi vurğulanıb

Türkiyə və İraq prezidentləri İraqın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması vacibliyini vurğulayıblar. Onlar İraqın terrorçulardan tam şəkildə təmizlənməsi səylərinin davam etdirilməsinə də təkid ediblər.

Rəcəb Tayyıp Ərdoğan bu gün Ankarada öz iraqlı həmkarı Bərhəm Salih ilə birgə mətbuat konfransında vurğulayıb: İraqda sabitlik və təhlükəsizliyin bərqərarı, bu ölkənin ərazi bütövlüyü və siyasi birliyi, Türkiyənin bu ölkə qarşısındakı siyasətinin əsasını təşkil edir.

Türkiyə prezidenti həmçinin bu ölkənin İraqla ticarət mübadilələri həcminin artırılmasına təmayülünü bildirərək, əlavə edib: Türkiyə iki ölkənin ticarət mübadilələri dəyərinin hazırkı, ildə on altı milyard dollardan iyirmi milyard dollara çatmasını istəyir.

Ərdoğan Türkiyənin İraqda dağıdılmış infrastrukturlar və məkanların yenidən qurulmasına kömək etməyə hazır olduğunu bildirib.

İraq prezidenti də bu mətbuat konfransında vurğulayıb ki, Bağdad Türkiyənin İraqda terrorizmdən təmizlənmiş məntəqələrin yenidən qurulmasında iştirakını alqışlayır.

Bərhəm Salih Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli əlaqələr və ən mühüm regional hadisələr barədə danışmaq üçün bu gün bir nümayəndə heyəti ilə Ankaraya daxil olubdur.