Yan 12, 2019 20:33 Asia/Baku
  • Türkiyə ordusu PKK-nın mövqelərinə hücum edib
    Türkiyə ordusu PKK-nın mövqelərinə hücum edib

Türkiyə ordusunun qırıcıları İraqın şimalında PKK-nın mövqelərini hədəfə alıb.

İRİB-in verdiyi məlumata görə, Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, Türkiyə ordusunun bu gün səhər həyata keçən hava hücumlarında PKK yaraqlılarının Xakurk və Avasin Basyan bölgələrindəki bir neçə gizləndikləri yerlər və silah anbarları məhv edilib. 

Türkiyənin Müdafiə Nazirliyinin bəyanatında bu hücum nəticəsində PKK yaraqlılarının tələfatına toxunulmayıb.